“Veysəloğlu” müdir vəzifəsinə işçi axtarır

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, şirkət  şirkət təsərrüfat bölmə müdiri üzrə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Şirkət əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədilə tələb olunan iş şəraitinin təmin olunması.

Vəzifə öhdəlikləri:
– Tabeçiliyində olan təsərrüfat inzibatçılarının işlərinə nəzarət etmək;
– Bölmənin iş strategiyasını tərtib etmək;
– Şirkətin inzibati binalarının su təchizatı, havalandırma, işıqlandırma və sair sistemlərinin sazlığının qorunmasına nəzarət etmək;
– Binanın təmir və təmizlik işlərini təşkil etmək və aparılmasına nəzarət etmək;
– Ərazinin abadlaşdırma, yaşıllaşdırma, təmizləmə işlərinin görülməsini təmin etmək;
– Əlamətdar günlərdə binaların fasadlarının və giriş hissələrinin bayramsayağı bədii tərtibatı işlərinin görülməsini təmin etmək;
– Şöbələr daxilində mebel və digər inventarların vəziyyətini mütəmadi olaraq yoxlamaq və lazım gəldikdə müvafiq tədbirlər görmək.

Tələblər:
– Planlama qabiliyyəti;
– Yüksək təşkilatçılıq bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təsərrüfat bölmə müdiri” yazıb göndərməklə müraciət edilir.

Tarix: / Foodinfo