Qida sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə

2018-ci il 29 noyabr – 2 dekabr tarixlərində Türkiyənin ev sahibliyi ilə “Dünya Halal Zirvəsi və 6-cı İslam Əməkdaşlıq Təşkilatı Halal Sərgisi” təşkil olunacaq. Sərgidə maliyyə, turizm, kosmetika, tibb, kimya, qablaşdırma, islam həyat tərzi və mühafizəkar moda, cihazqayırma və s. kimi sahələrdə 250-dən çox beynəlxalq firmanın iştirakı nəzərdə tutulub.

Foodinfo.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, təşkilatçılar tərəfindən Azərbaycan Respublikasında qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də sərgidə iştirak etməsi üçün müraciət edilmişdir.

Sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Tel: +90 312 939 70 00
Fax: +90 312 939 75 15-16