Azərbaycandan aparılan tonlarla balıq saxlanıldı

Moskva vilayətinə Azərbaycandan aparılan 6,4 ton dondurulmuş balığın sənədlərində problem olduğuna görə saxlanılıb.

Yük əlavə məlumat verildikdən sonra sənədləşdirilib.

Məlum olub ki, sərhəd baytarlıq yoxlaması zamanı məhsulun alıcısı səhv göstərilib.

Bundan əlavə etiketlər qablaşdırmanın üzərinə yapışdırılıb, bu da etiketləri zədələmədən paketi açmağa imkan yaradır. Həmçinin etiketlərin standartlara uyğun olmaması məlum olub. (Oxu.az)