Rusiyanın mağazalar şəbəkəsi Zirə pomidoru satacaq

Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində Zirə pomidoru satılacaq.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın “Zirə Foods” şirkəti Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib.

Bundan başqa, “Bakı Agropark” şirkəti ”Ptyorçka”, “Billa”, “Prekryostok” mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib.

“Binə Aqro” şirkəti ilə Rusiyanın “Maqnit”, “Ptyorçka” ticarət şəbəkələri və “Belaya Daça”( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb.

Tarix: / Foodinfo