“Azersun” media tur təşkil edib (FOTO)

“Azərsun Holdinq” ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil etmişdi. Biləsuvarda artıq 12 ildir ki, uğurla fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir.

Məhsul yetişdirilən sahələrə ekskursiya zamanı media nümayəndələrinə həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullarla bağlı məlumatlar verildi. Deyildi ki, həmin məhsullar məhz bu sahələrdə yetişdirilir. Məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Kompleksdə həmçinin heyvandarlıq fermaları qurulub ki, burada iri və xırda buynuzlu heyvanlar yetişdirilir.

Müəssisəyə dəvət olunan media mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirildi. “Azərsun Holdinq” burda rekultivasiya işləri aparıb, drenaj xəttləri çəkib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Mediaturda iştirak edən jurnalistlərə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri seçilməsinin bu sahəyə müsbət təsir edəcəyini bildiriblər. Adıçəkilən Şirkətlər Qrupunun kənd təsərrüfatı sahəsindəki təcrübəsindən, innovativ idarəçilik üsulundan digər sahibkarların və fermerlərin də yararlanaraq böyük uğurlar qazana biləcəyi qeyd olundu.

“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirdi ki, məqsəd bu müasir təcrübənin öyrədilməsi və yeniliklərin istehsalatda tətbiq edilməsidir.

Afiq Səfərovun sözlərinə görə dərmanların keyfiyyəti ilə bağlı standartlar və onlara nəzarət məsələləri olmalıdır: ”Kənd təsərrüfatında müvafiq qurumların bu işlərdə daha effektiv fəaliyyəti gözə çarpmaqdadı. Kənd təsərrüfatı kompleks mübarizəni tələb edir. Kənd təsərrüfatında mən burda bağımı dərmanladım, qonşum bunu etməsə, mənim mübarizəmin əhəmiyyəti yarıbayarı azalacaq. Cünki orda yaşayan həşəratlar, zərərvericilər təkrar mənim bu sahəmdə fəsadlar törədək. “Azərsun Holdinq”in kənd təsərrüfatında fəaiyyətinin əsas hədəflərindən biri də bu sahənin kompek səkildə inkişafına nail olmaqdır. Sizi bura dəvət etməyimizin səbəbi Azərbaycanda fəaliyyət göstərən başqa kəndli fermer təsərrüfatlarının, kiçik bizneslə məşğul olan istehsalçıların diqqətini bizim mütəxəsislərin verəcəkləri müəyyən məlumatlara yönəltməkdir”.

Deyildi ki, bu müəssisənin fəaliyyəti nəticəsində mövsümdə 2 mindən artıq insan işlə təmin olunub və yarandığı gündən ətraf ərazilərdə yaşayan insanların sosial-rifah halının yüksəlməsində müstəsna rol oynayıb. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın kənd təsərrüfatı sahəsində bilik və təcrübəsinin bu uğurlu nəticələrin əldə olunmasında böyük təsiri olub.

Həmçinin Şirkət rəhbərinin yerli kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi və müasir aqrotexniki vasitələrin istifadəsini düzgün koordinasiya etməsi bu uğurlu nəticələrin əldə olunmasına mühüm töhfə verdiyi bildirildi.
Bitkilərin qorunması üzrə mütəxəssis Nazifə Söyləməz kənd təsərrüfatı məhsullarına qulluğun, onların vaxtında zəruri dərmanlarla təmin edilməsinin vacibliyindən və bu işlərin xüsusi əhəmiyyətindən danışdı.
Mütəxəssis bildirdi ki, bu məsələyə kənd təsərrüfatı ilə məşğul olan bütün fermerlər çox həssas yanaşmalıdır: “Çünki bəzən kiminsə bu işə məsuliyyətsiz yanaşması digər kənd təsərrüfatı komplekslərində yetişdirilən məhsullara zərər verə bilir”.

Nazifə Söyləməzin sözlərinə görə, “Azərsun Holdinq” məhsulların sağlamlığının və təbiiliyinin qorunması üçün ən müasir üsullardan istifadə edir. Yetişdirilən məhsulların gübrə tələbatı da burada qurulmuş gübrə istehsalı müəssisəsi hesabına təmin olunur.

“Azərsun Kənd Təsərrüfatı Məhsulları”nın digər mütəxəssisi Bəxtiyar Səfərov isə müəssisənin Global Gap və digər dünyada böyük nüfuza malik sertifikatlara sahib olduğunu və hər il bu sertifikatların yenilənməsi istiqamətində zəruri addımların atıldığını dedi.

Müəssisəni ziyarət edən jurnalistlər əkin sahələrini gəzərək bütün proseslərlə əyani olaraq tanış oldular və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin olunduğuna şahid oldular.

Gəzinti zamanı media mənsublarına kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən qoyunçuluq və maldarlıq fermaları da nümayiş etdirilərək, məlumat verildi.

Maldarlıq fermasında olarkən Bəxtiyar Səfərov bildirdi ki, bizdə əsas cinslər olan “Simental”dan az miqdarda var: “Sırf ətlik cinslərimiz isə Şaroledir. Limuzin cinsi isə daha effeklidir. Adətən diri çəki 400 kq dan artıq olduqda kəsimə verilir. Bizdə heyvandarlıq əsasən ətlik istiqamətindədir. Südü ancaq buzovlara verirlər. Bununla yanaşı həm də kənardan alıb bəsləyirik. Əsasən heyvanlar açıq tövlələrdə bəslənir və onlara soyuq olmur. Yəni , qışda da tövlələrin üstü qapanmır. Hamısı əvvılcədən hesablanmış məsələlərdir. Mənfi 10 dərəcə təsadüfi hallarda ola bilər və norma 25 dərəcəyə kimidir. Qış həm də burda sərt olmur. Əslində tam tərsinə – yayda bu heyvanlar üçün əziyyət olur. Bizim kompleksimiz 2000 min başlıqdır. Amma heyvanlarımız o qədər deyil. Hazırda isə burda 1600 baş heyvan saxlanılır. Fəhlələr üçün nahar pulsuzdur. 2 min nəfər insan pulsuz yemək yeyir”.

Afiq Səfərov dedi ki, ölkədə ətlik cins heyvan növlərinin yetişdirilməsi, Mərkəzi Aran bölgəsində belə bir ferma bir təcrübədir.: ”İmişlı rayonunda fəaliyyət göstərən yem fabriki bu heyvanların qida rasionunu tam təmin edir. Bura həm də əkinçilik kompeksidir. Bu kompeksin əsas üstünlüyüdür ki, əkinçilik sahəsi təbi orqanik gübrə ilə təmin olunur. Bunlar bir- birini tamamlayır. Burda məcburi köçkünlər üçün 16 salınıb. Qarabağ bölgəsindən gələn insanlar burda yerləşiblər. Mövsüm işləri zamanı burda 2 minə yaxın insanın məşğulluğuna şərait yaranır”.

Torpaqların əkinə yararlı olması üçün müxtəlif təcrübələr tətbiq olunub. Burda nə qədər texnika yarasız hala düşüb, dağılıb. Kilometrlərlə drenaj kanalları çəkilb. Sahələrdə istər tərəvəz, istər dənli, istərsə də paxlalı bitkilərin əkini gedir. Ən müasr, innovativ texnikadan burda istifadə olunur. Eyni zamanda dərmanlanma da dünya standartlarına uyğun , eyni zamanda da qoyulan normalar çərçivəsində insan sağlamlığını nəzərə almaq şərti ilə həyata keçirilir.
Səfərovun sözlərinə görə sahələrdə arpa, buğda, qarğıdalı, yaşıl noxud , pomidor, xiyar, bibər və s. yetişdirlir: ”Demək olar ki , emal müəssisələrimizin təlabatının böyük hissəsini əkin sahəsindən edirk. Pomidor əsasən tomat istehsalında istifadə olunur. Başqa tərəvəzlər isə turşularda, konservlərdə istifadə edilir. Bölgə üçün bu, olduqca çox əhəmiyyətlidir. Yəni məşğulluqda da önəmli payi var. Bazarda bolluq yaratmaqla yanaşı, bu müəssisə digər təsərrüfatlar üçün də bir məktəbdir. Onlar bizim təcrübəmizdən istifadə edib, öz məhsuldarlıqlarını artıra bilərlər. Bu sahədə biz də öncül kimi cıxış etməkdəyik. Meteroloji stansiyalarımız var ki, mütəmadi olaraq hava haqqında məlumat verirlər. Burda tam elmi əsaslara dayanmış, elmi -nəzəri əsaslara dayanmış bir proses gedir. Bayağı və yaxud kortəbii bir proses yoxdur. Hazırda ilin elə vaxtdı ki, bizim əsas məhsulların toplanması prosesi başa çatıb . Artıq 2019- cu il üçü torpaqlar hazırlanmağa başlanır”.

Burada bəslənən ətlik heyvanlara yüksək səviyyədə qulluq edildiyini bildirən mütəxəssis Elvin Sadıqlı dedi ki, əldə olunan ət məhsulları əsasən “Bazarstore” supermarketlər şəbəkəsində satışa çıxarılır.

Qeyd edək ki, keyfiyyətə nəzarətə və müştəri məmnuniyyətinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” mütəmadi olaraq istehsal müəssisələrinə jurnalistlər üçün mediaturlar və istehlakçılar üçün “açıq qapı” günləri təşkil edir. (Bizim Yol)

Tarix: / Foodinfo