ASK yeni vakansiyalar elan etdi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  mətbuat xidməti vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

•             ASK-nın yenilikləri barədə  press-relizlərin yazılması və KİV-də yayılması;

•             ASK-nın mətbu orqanı olan “Biznes Həyatı” jurnalı üçün müsahibələrin alınması və  mətnlərin redaktəsi;

•             KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişafı;

•             ASK-nın sosial media səhifələrinin idarə olunması;

•             Rəhbərlik üçün çıxışların yazılması;

Tələblər:

•             Jurnalistika sahəsində ali təhsil;

•             PR, KİV sahəsində ən azı 3 il təcrübə;

•             Mükəmməl yazı bacarığı;

•             KİV-lə bağlı məlumatlılıq;

•             Azərbaycan və rus dillərin sərbəst biliyi, İngilis dilinin biliyi arzuolunandır;

•             MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;

•             Ünsiyyətcillik;

•             Analitik təfəkkürə malik olma;

•             Komandada işləmək bacarığı;

•             Müasir  texnologiyalara bələdlik;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini  “mövzü” bölməsində  Mətbuat katibi qeyd etməklə həm  hr@ask.org.az , həm də vazizov@ask.org.az  elektron ünvanlarına göndərmələri xahiş olunur.

İş saatları həftəiçi beş gün səhər 09:00-dan 18:00-dəkdir. Əmək haqqı namizədə görə dəyişir.