Qidalanmadan sonra mədədə ağırlıq olur?

İş, dərs, daimi olaraq harasa tələsmək insanları bəzi zərərli vərdişlərə məcbur edir. Bunlardan biri də qidalanma zamanı tələsməkdir.

Nə yemək və necə yeməyinizdən asılı olmayaraq əgər qida normal çeynənilərək yeyilmirsə, mədəyə zərbələr vurulur. Çoxumuz qidalanmadan sonra mədədə ağırlıq, şişkinlik, köpdən şikayət edirik. Bunu isə yediyimiz yeməyin ağırlığı ilə əlaqələndiririk. Halbuki mədə rahatlığı üçün nə yemək deyil, yediyini necə yemək daha vacibdir. Sürətli yemək yemək, ya da çeynəmədən yemək köpə və qaza səbəb olur. Çox çeynəmək isə mədə şirəsi fermentlərini xəbərdar edir və həzmi asanlaşdırır.

Daimi olaraq quru qidalanmamalı, sərt qidalardan çəkinməli, quru qidalarla maye də qəbul etməli, eyni zamanda yemək ağızda əriyənə kimi çeynənilməli, mədə boyunu nəzərə alaraq qida qəbul edilməlidir. Yalnız bu məsələlərə diqqət edən insanlar üçün başda piylənmə olmaqla yanaşı bir çox narahatlıqlar da aradan qalxmış olacaq.