Qədərindən artıq istifadə edildikdə ishala səbəb ola bilər

Çörəkotu 2000 ildən artıqdır ki, bir çox xəstəliklərin müalicəsində (revmatizma, şəkərli diabet, yüksək qan təzyiqi, astma, bronxit, mədə və sinir sistemi xəstəlikləri və s.) şəfa vasitəsi kimi istifadə olunur. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotunun birbaşa yeyilməsi və ya dəmləmə üsulu ilə gündə 2-3 stəkan içilməsi məsləhət görülür.

Çörəkotunun gündəlik istifadəsi maksimum 2 qramdır. Qədərindən artıq istifadə edildikdə ishala səbəb ola bilər. Balla qarışdırılaraq yeyildikdə çörəkotunun toxumunun qabığı mədədə tam həzm olunmadığı üçün toxum faydalı qisimlərlə birgə tamamilə xaric edilir. Buna görə də çörəkotu toxumları bir qabda döyüldükdən sonra balla qarışdırılaraq yeyilməlidir.