Market şəbəkələri tender elan etdi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC iki istiqamət üzrə tender elan edir.

Lot1: “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik polietilen paket məhsulları ilə təmantı.

Lot2: Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik kağız məmulatları (kassa lentləri, tərəzi və rəf etiketi) ilə təminatı.

Tenderdə iştirak etmək əzmində olan iddiaçılar emailin mövzu yerinə müvafiq olaraq “Lot1” və ya “Lot2” yazaraq Tender@veyseloglu.az ünvanına aşağıda qeyd olunan məlumatları göndərib qeydiyyatdan keçə bilərlər: (Qeydiyyat üçün son tarix: 28.09.2018-ci ildir)

Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar:

-İddiaçı barədə məlumat (iddiaçının tam adı, hüquqi ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və digər rekvizitlər);

-İddiaçının iştirak etmiş olduğu bənzər irihəcmli proyektlər haqda məlumat toplusu.

-İstehsalçi müəssisənin analoji məhsulların istehsalı sahəsində iş təcrübəsi və keyfiyyət zəmanəti;

-Tender üzrə təklif ediləcək məhsulların qida sektorunda istifadə olunacağını nəzərə alaraq müvafiq uyğunluq və gigiyenik sertifikatların surəti.