Ölkəyə kərə yağı idxalı azalıb

Foodinfo:

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 874 mln. 144,66 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Yeyinti məhsulları idxalın 12.74 faizini təşkil edib.

Hesabat dövründə Azərbaycan ölkəyə ət, buğda, süd, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar, kərə yağı və şəkər idxal olunub.

Qeyd edək ki, ölkəyə ət idxalı 6,8, buğda idxalı 20,2, süd idxalı 2, meyvə-tərəvəz idxalı 1,5 faiz artıb. Əvəzində kərə yağı idxalı 22,1 faiz azalıb.

Hesabat dövründə ölkəyə 179 mln. dollar dəyərində 9 min 426 ton əczaçılıq məhsulları gətirilib. Bu məhsulların idxalı miqdar ifadəsində 31,7 faiz, dəyər ifadəsində 45 faiz artıb.