315 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib (VİDEO)

Cari ilin yanvar-avqust ayında Azərbaycan 315 milyon 838 min dollar dəyərində 340,9 milyon ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük komitəsindən verilən məlumata görə, bu məhsulların ümumi ixracdakı payı 2.45 faiz olub.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı 30 milyon ton artıb.

Qeyd edək ki, Azərbaycan məhsulları, əsasən, Rusiya, İraq, Türkmənistan, Gürcüstan, Ukraynaya ixrac olunur. (oxu.az)