Foodinfo:

“Park Bulvar” AVM vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, maraqlanan şəxslər oktyabr ayının 1-ə kimi müraciət edə bilərlər.

Ümumi məlumatlar

• Hüquq üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikası Mülki, Mülki Prosessual məcəllələri bilməli;
• Kargüzarlıq işinin əsaslarını bilməli;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi qaydalarını bilməli;
• Microsoft Office – Excel yaxşı səviyyədə bilməli;
• Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
• Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – orta, səviyyədə bilməlidir.

İş haqqında məlumat

• Şirkətin hüquqi məsələlərini icra və nəzarət etmək, struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll etmək;
• Təşkilat tərəfindən bağlanması nəzərdə tutulan icarə müqavilələri üzrə hüquqi rəylərin verilməsi;
• Müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, digər təşkilat tərəfindən təqdim edilmiş müqavilə layihələrinə müəssisənin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi, müvafiq qeydiyyatların aparılması;
• Müəssisə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili sənədlərin layihələrinin hazırlanması, düzəlişlərin edilməsi, əmrlərin, təlimatların və digər sənədlərin qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada, müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• İcarəçilərin icarə ödəmələrini nəzarət etmək

İş şərtləri

6 gün 10:00-18:00; 1 gün istirahət.

Müraciət edin!