“Səba” öz hesabatını açıqladı

Toyuq əti istehsalçısı “Səba” ASC 2018-ci ilin birinci yarısını 486 min 703 manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, ASC 2017-ci ili 1 milyon 173 min manat xalis mənfəətlə bağlamışdı.

Hazır məhsul satışından cəmi gəlir 34 milyon 393 min manat, satışların maya dəyəri isə 28 milyon 411 min manat təşkil edib. Nəticədə 5 milyon 982 min manat ümumi mənfəət əldə olunub. Xərclər çıxıldıqdan sonra, ASC-nin 486 min 703 manat xalis mənfəəti yaranıb.