Xaricdə Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq

2018-ci ilin sonunadək Rusiyada Azərbaycanın çay evləri fəaliyyətə başlayacaq.

Bnu iqtisadiyyat naziri Şahin Mustafayev müsahibəsində bildirib.

“Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malik mexanizmdir.

2018-ci ilin sonunadək İş Mərkəzində çay evləri fəaliyyətə başlayacaq. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir”,- nazir bildirib. (Azərtac)