Məktəblinin qida çantasına nələr qoyulmalıdır?

Sentyabrın gəlişi ilə məktəbli qida çantasının düzgün hazırlanması hər bir valideyn üçün ən vacib məsələlərdən birinə çevrilir. Yemək çantasının hazırlanması zamanı faydalı və vitaminlərlə zəngin qida çeşidlərinə üstünlük verilməsi uşaqların bioloji olaraq sağlam bir fərd kimi formalaşması baxımından mühüm bir amildir.

Qida çantasına taxıl qrupuna daxil qidalar, ət və ət məhsulları, süd və süd məhsulları, meyvə və ya tərəvəz qoymaq çox vacibdir. Beləliklə, uşaqların gündəlik zülal və karbohidrat tələbatı qarşılanmış hesab olunur.