Aclıq hiss edəndə yeyirəm və doyma hissinə qədər, amma…

Aclıq hiss edəndə yeyirəm və doyma hissinə qədər, ancaq niyə yenə də kökəlirəm?

Bu sual aydınlıq gətirmək üçün dietoloq Vüsalə Tağıyeva Foodinfo.az-a bildirib ki, insan havadan kökəlmir və burda yemək birbaşa rol oynayır. Ancaq problem sadəcə yeməkdə və onun miqdarında deyil.

“Ac olanda və doyma hissinə qədər yeyirəm,ancaq yenədə kökəlirəm!” – çox subyektiv fikirdir.

Araşdırmalara görə yediyimiz yeməklərin kalorilərinin hesablaması elə də dəqiq deyil ki, bu hesablamaya dayanaraq qida qəbul etmək düzgün olsun. Bizim orqanizmə gələndə isə hesablamaq yox, hiss etmək lazımdır.

Məsələn, hər gün suehtiyacımız  fərqli ola bilər. Bu yuxumuzdan, stressdən, əhval-ruhiyyədən, aktivlikdən, havadan, gördüyümüz işlərdən asılıdır. Bu hallar da subyektiv  aclıq və doyma hisslərinə təsir göstərir. Elə günlər olur ki, bir balaca porsiyadan tam doyuruq, bəzən isə bu porsiya heç kifayət etmir. Əgər çəkiniz artırsa deməli buna səbəb var: fiziolofi, psixoloji və s. Hansısa bir səbəbdən orqanizminiz yağ/maye/əzələ şəklində yığır və çəki artır