Dağ rayon və kəndlərdə OBA marketlər açılacaq

“Bizim hədəfimiz bütün Azərbaycanı əhatə etməkdir. Nəyinki rayon mərkəzlərini hətta kənd və qəsəbələrdə də fəaliyyət göstərməkdir. Hər kəsin ucuz qiymətə məhsul almaq haqqı var. Biz bunun üçün çalışırıq. Hal-hazırda Azərbaycanın 56 şəhər və rayonunda filialımız var. Demək olar ki, bütün rayonları əhatə etmişik”.

Bu fikiləri Foodinfo.az-a açıqlamasına “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev deyib.

O bildirib ki, bölgələrdə filial açmağın müəyyən çətinlikləri var. Hər hansı bir regionda filial açmazdan öncə birinci o region üzrə anbar və logistika mərkəzi yaradılmalıdır. Biz buna nail olmuşuq. 2018-2019-cu il üçün hədəfimiz dağ rayon və kəndlərimizdə də OBA market açmaqdır.

Kərim