Kişilər qadınlardan daha çox su içir (SORĞU)

“ACT Azərbaycan” Bakıda  növbəti sorğu keçirib.

Foodinfo.az-ın xəbərinə görə, sorğu nəticəsində məlum olub ki, sakinlərin isə təqribən dörddə biri gün ərzində 2 l.-dən çox su içir (26 %).

Belə ki, suya tələbat özünü daha çox qızmar günəşli yay aylarında büruzə verir. Mütəxəssislər deyir ki, soyuq havalarda insan orqanizmi gün ərzində əgər 2,5-3 litr maye qəbul edirsə, isti yay aylarında insan orqanizmi gün ərzində 3,5-4 litr maye qəbul etməlidir.

Rəyi öyrənilmiş sakinlərin isə təqribən dörddə biri gün ərzində 2 l.-dən çox su içir (26 %).
Qadınların əksəriyyəti gün ərzində ən çox 1-2l arasında su içdiyi halda (27 %), kişilərdə bu göstərici 2l.-dən çoxdur (40 %).

Sorğuda su içənlərlə bərabər su sevməyənlər də yer alıb. Kişilərin 4 %-i, qadınların isə 11 % gün ərzində maksimum 250 ml su içir.

Rəyi öyrənilmiş hər 10 respondentdən 1-i ümumiyyətlə su içmədiyini bildirib (11 %).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.