Pepsi-nin yeni İcraçı direktoru bəlli oldu

PepsiCo, 62 yaşlı İndra K. Nooyi-nin yerinə,  54 yaşlı Ramon Laguarta-nın yekdilliklə şirkətin yeni İcraçı direktoru seçildiyini açıqlayıb.

Nooyi son 12 ili rəhbər olmaqla 24 il vəzifəsində işlədiyi şirkətdən rəsmən 3 Oktyabrda ayrılacaq. Keçid prosesinin ən yaxşı şəkildə təmin etmək məqsədilə, Nooyi, 2019-un əvvəllərinə qədər İdarə Heyətinin Sədri vəzifəsində işləməyə davam edəcək. Laguarta həmçinin 3 Oktyabr tarixindən etibarən etibarlı olmaqla şirkətin İdarə Heyətinə seçilib.
Nooyi-nin liderliyində PepsiCo mühüm nailiyyətlər əldə edib:

-2006-cı ildə 1 səhmə dividend 1,16 dollar ikən 2017-ci ilin sonunda 3,17 $ olub.

-Xalis mənfəət  2006-cı ildə 35 milyard dollar ikən 2017-ci ildə 63,5 milyard dollara çatıb. (Marja)