“OBA”dan alınan pendir keyfiyyətsiz çıxıb (FOTO)

“Azad İstehlakçılar” Birliyin sədri Eyyub Hüseynov  “OBA” marketdən  gələn şikayət haqda məlumat bölüşüb.

Foodinfo.az xəbər verir ki, “OBA” marketdən şikayət edən Bakı sakini Mirzəyevə Dilşadxanım iyulun 17-də Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanında yerləşən “OBA” marketindən aldığı pendirin keyfiyyətsiz olduğunu, pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz ətirlik dadını hiss etdiyini bildirib.

Şikayətçi bildirib ki.  “OBA”dan bir neçə ərzaq malı o çümlədən 3.59 AZN ödəyərək Rusiyanın Omsk vilayətində istehsal olunmuş 600 qramlıq Qauda markalı pendir və qiyməti 5.59 AZN olan “Uzun ömür süd məhsulları” MMC-nin istehsalı olan 0.5 kq olan “Nur” markalı nehrə yağı aldım. Evə gətirib soyuducuya yerləşdirdim. İstehlak üçün 3 gün sonra istifadə etdikdə həmişə istifadə etdiyim Qauda pendirlərindən fərqli olaraq aldığım pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz ətirlik dadını hiss etdim. Diqqətlə baxdıqda pendirin üzərində Azərbaycan dilində məlumat olmadığını , saxlanma müddətinin rus dilində 180 gün yazıldığı olsada buraxılma tarixinin yapışqanlı kağızla yazılıb yapışdırldığını gördüm. Güman edirəm ki,buraxılma tarixi sonradan yapışdırlmışdır. 0.5 kq-lıq nehrə yağı isə yoxladıqda dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini, qabın üzərində 90 gün yararlıq tarixi göstərilsədə yağın keyfiyyətsiz olduğunu gördüm. Malları soyuducuda saxladım. 23.07.2018-ci il tarixində qeyd olunan malları dükana apardım satıcıdan malların yoxlanmasını və geri qaytarılmasını xahiş etdim. Qeyd edirəm ki, mallara dadına baxmaq üçün cuzi toxunulmuşdu. Satıcı mala baxmadan “toxunubsan “deyib pulumu qaytarmaqdan imtina etdi. Mən onu başa salmaq istədim ki, malı açmasaydım onun keyfiyyətsiz olduğunu necə bilərdim? Lakin satıcı buna əhəmiyyət vermədi.

Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsi açıqlama verib

Elvin Babayev adlı şəxsin şəkli.

“OBA” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Elvin Babayev baş vermiş hadisə ilə bağlı öz münasibətini bildirib. E.Babayev deyib: “Məsələni indi dərhal araşdıracağam. Bizdə bütün marketlərdə rəhbər şəxslərin və qaynar xəttin nömrəsi qeyd ounub. Şikayəti bizə də zəng edərək deyə bilərdi”.

Eyub Huseynov adlı şəxsin şəkli.

 

Tarix: / Foodinfo