Sumqayıt və Gəncədə “MADO” restoranlarının açılması planlaşdırılır

“Hazırda “MADO” Azərbaycan restoranlar şəbəkəsinə məxsus 5 şöbə fəaliyyət göstərir. Şöbələrin ikisi Gənclik və 28 Mall-da, iki şöbə Fəvvarələr Meydanının yaxınlığında,  digəri isə Nərimanov metrosunun yanında yerləşir”.

Bunu Foodinfo.az-a açıqlmasında şirkətin marketinq direktoru Kəmalə Allahverdiya deyib.

O bildirib ki, yaxın gələcəkdə “MADO” Sumqayıt və Gəncədə yeni şöbələrinin açılmasını planlaşdırır. Çünki həmin ərazilərdə şöbələrin açılmasına həddindən çox ehtiyyac var. Həmin regionlarda yaşayan əhali bu filialların açılmasını tələb edir.   Hazırda biz bu şöbələrin açılması istiqamətində müəyyən işlər aparırıq. Ümumiyyətlə isə bizim müştərilərin sayı çox olduğundan paytaxtın müxtəlif rayonlarında “MADO” restoranlarının açılmasını istəyirik. Hiss edirik ki, yerli sakinlərimizn həmçinin paytaxtımıza gələn qonaqların buna ehtiyyacı var.

Qeyd edək ki, MADO – adı ilə bütövləşdirdiyi Maraş dondurmasını bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan restoranlar şəbəkəsidir. Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlayıb.

Kərim

Tarix: / Foodinfo