Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır

Foodinfo:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu cənub regional bölmələri üçün ixtisaslı mütəxəssislər axtarır.

Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, institutun Lənkaran Regional Sınaq Laboratoriyasında işləmək üçün baytar, toksikologiya, kimya, biologiya, qida mühəndisliyi, genetika, biokimya, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, mikrobiologiya ixtisasları üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunan şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər.