Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyətə başladı

Bakı və Sumqayıt şəhərlərində yerləşən Kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyətə başladı.

Bu barədə Foodinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərən Qida təhlükəsizliyinə nəzarət məntəqələridə satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçirilir və ehtiyac yarandığı halda laborator müayinələr aparılır.

Qaydalara əsasən gün ərzində Qia Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılacaq.

Qeyd edək ki, Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laborotoriyalarında aparılan monitorinqlər və təkmilləşmə işləri nəticəsində 39 Qida təhlükəsizliyi nəzarəti məntəqəsi yaradılıb. Hazırda qalan digər laboratoriyaların da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması prosesi həyata keçirilir.

Mansur Piriyev adlı şəxsin şəkli.Mansur Piriyev adlı şəxsin şəkli.