Altı yaşlı uşaq su əvəzinə “rastvoritel” içdi

Altı yaşlı oğlan kimyəvi maye içib. Hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Günəhirdə baş verib.

2012-ci il təvəllüdlü kənd sakini Nihad Mirzəyev plastik kimyəvi rəng əridicisini (həlledici məhlul — “rastvoritel”) su zənn edərək içib. Nəticədə uşağın ağız boşluğu və qida borusu ciddi xəsarət alıb.

Dərhal azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada N.Mirzəyevə lazımi tibbi yardımlar göstərilib və hazırda vəziyyəti qənaətbəxşdir. (Sputnik Azərbaycan)