“Bolmart”da güclü yanğın olub

Bakıda fəaliyyət göstərən supermarketlərdən birində güclü yanğın baş verib.

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart”da qeyd alınıb.

Bu barədə açıqlama verən supermarket əməkdaşı yanğının havalandırma sisteminda baş veridiyini söyləyib. Onun sözlərinə görə, hadisə ciddi problemlərə yol açmayıb.

Yanğın supermarketin əməkdaşları tərəfindən söndürülüb. (Minval.info)