Bakıda kolbasa və şirniyyat məmulatlarının istehsalı artıb

Bu ilin 5 ayında Bakı şəhərində qida məhsullarından kolbasa məmulatlarının istehsalı 4,9 faiz, şirin peçenye 37,3 faiz, şirniyyat məmulatlarının istehsalı 23,7 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən Foodinfo.az-a bildirilib ki, həmin müddət ərzində içki və tütün məmulatlarının istehsalı sahələrində 382,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 70,0 faiz artıb, qida məhsullarının istehsalı 12,8 faiz, içki istehsalında isə 9,1 faiz azalma müşahidə olunub.