Qida maddələri xarab olanda xəbərdarlıq edəcək

Xarab olmuş qidaların istehlakına görə zəhərlənmə hallarına qarşı bir vasitə kimi hazırlanan etiketlərin bütün dünyada istifadə edilməsi məqsədi qoyulub.

Elm insanları, NFC (Near Field Communication) istifadə edərək xarab olan ətləri müəyyən edən yeni bir texnologiya hazırladı. Etiketlər, ətin ifraz etdiyi kimyəvi maddələr ilə qarşılıqlı reaksiyaya girərək, cib telefonlarına xəbərdarlıq göndərəcək. Bunun sayəsində müvafiq tətbiqi istifadə edən insanlar alacaqları ətin təzə olub olmadığını öyrənə biləcək.

Bu yeni texnologiyanın istifadəyə verilməsilə ölümlə nəticələnə bilən ciddi zəhərlənmələrin qarşısının alınacağı məqsədi qoyulub. Nanjinq Universiteti və Texas Universitetinin bir qrup araşdırmaçısının ortaq işi olan bu layihə əslində təməldə bir çox məhsulda istifadə edilən etiketlərə bənzəyir. Ancaq elm insanları bu etiketlərə, ətin köhnəlməyə başlaması ilə ortaya çıxan pis qoxunu və ifrazatları müəyyən edə bilən bir polimer əsaslı qaz sensoru yerləşdirdi.

Sensorlar etiket ilə eyni anda təmas edə bilən bir yerə yerləşdirildi. Sonra isə soyuducuda saxlanılan ətdə 24 saat ərzində meydana gələn dəyişikliklər müvəffəqiyyət ilə müəyyən edildi. (deyerler.org)