Qida məhsulları ekspertizaya cəlb olunacaq

Müəsisələrdə istehsal olunan qida  məhsullar ekspertizaya cəlb olunacaq.

Foodinfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qida məhsulları risk səviyyəinə görə 3 kateqoriyaya  bölünür. Yüksək, orta və aşağı risk kateqoriyasına uyğun olaraq qida məhsulları ekspertiza olunacaq.

Belə ki, risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.

Kərim

 

Tarix: / Foodinfo