Məktəblərdə qidalanma rasionlarına nəzarət gücləndiriləcək

Azərbaycanda məktəbəqədər, məktəb və ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək.

Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi də diqqət mərkəzindədir:

“Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək”.