“Çatışmazlıqlar aşkarlanıb”: Qoşqar Təhməzli

 “Qida Təhlükəsizliyi Agentliyinin apardığı məlumatverici monitorinq və audit tədbirləri zamanı bəzi çatışmazlıqlar aşkarlanıb”.

Foodinfo.az xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, monitorinqlər zamanı ticarət şəbəkələrinin işçilərinin tibbi müayinədən keçməmələri aşkarlanıb: “Həmin sahibkarlıq subyektlərinin rəhbərlərinə xəbərdarlıq edilib və həmin işçilər işdən kənarlaşdırılıblar.

Bundan başqa, istehsal sahələrində texnoloji ardıcıllığın pozulması halları da aşkar olunub. İşimiz sahibkarların işinə mane olmaq deyil. Əksinə, sahibkarlar hər addımda dəstəklənməlidir. Amma sağlamlığı təhlükə altında qoyanlara qarşı ciddi tədbirlər görüləcək”.

Q.Təhməzli qeyd edib ki, bəzi dönər satışı məntəqələrində sanitar-gigiyenik normalara əməl olunmur: “Bununla bağlı müvafiq təlimatlar hazırlanıb və həmin yerlərə göndəriləcək”.

Tarix: / Foodinfo