AQTA: İctimai iaşə obyektlərində monitorinqlər aparılacaq

Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi ictimai iaşə obyektlərində monitorinqlər aparacaq.

Foodinfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu ün  keçirdiyi mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, yay fəsli ilə əlaqədar gələn aydan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən turizm və ictimai iaşə obyektlərində monitorinqlər aparılacaq. Məqsəd həm ölkə vətəndaşlarının, həm də turistlərin sağlam qida məhsulları ilə təminatıdır.

 

Tarix: / Foodinfo