“Bolmart” jurnalisti və gömrük işçisini aldatdı

Jurnalist Elmar Hüseynov sosial şəbəkədə paylaşdığı statusda “Bolmart” marketlər şəbəkəsindən şikayət edib. Foodinfo.az xəbər verir ki, jurnalist marketden aldığı məhsulların müqabilində ondan artıq pul alındığını bildirib.

“Mehdiabaddakı “Bolmart”dan 7 manat 98 qəpiklik alış-veriş etmişəm, məndən 10 manat 70 qəpik pul çıxıblar. Hesabı görüb necə cin beynimə vurdusa, Fatmayidən qayıdıb haqqımı tələb edirəm, müdir səsimi başıma atdığımı və fırıldaqlarının üstünün açıldığını görüb nəzarətçiləri üstümə göndərib, hədə-qorxu gəlir. Çekdə 3 manatlıq şəkər tozu əvəzinə, 5 manat 60 qəpik düyü yazıb. Üstəlik “Hell” içkisi olan vitrində qiyməti 75 qəpik yazıb, qəbzdə 87 qəpik göstərirlər. Elə mübahisə etdiyim yerdə Gömrük Komitəsinin bir əməkdaşı da aldadıldığını söylədi. Kamera görüntüləri tələb edirəm, gözlərini döyürlər!
Sözümün canı odur, böyük mağazalardan alış-veriş edərkən diqqətli olun.”

Qeyd edək ki, jurnalist pulunu marketdən geri alıb. Amma əlavə olaraq həmin pul taksiyə gedib.