Ərzaq məhsulları ilə bağlı son statistika açıqlandı

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 3175,5 milyon manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən Foodinfo.az-a  verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.