“Excelsior Hotel” daha bir tədbirə ev sahibliyi edib

Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”un növbəti tədbiri keçirilib.

Təşkilatçı Lyubov Quturova Poyraz, koordinator Rinara Şəmsiyeva qonaqları hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaq üçün şərait yaradıblar.

Bakının yay axşamında “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub.

“Baku Fashion Club” yarandığı gündən öz ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini və həvəskarlarını toplayaraq daim müxtəlif mövzularda müzakirələr aparır. Ənənəvi olaraq canlı yayım tədbirə gələ bilməyənlər üçün uzaq məsafədən çıxış edənlərə qulaq asmaq imkanı verir.

Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Stilist və geyim alışı üzrə məsləhətçi Səbibə Əsəd qeyd edib ki, geyim seçimində ən çətin vəziyyət dolu qarderobun qarşısında dayanaraq uyğun geyimi tapa bilməməkdir. Səbinə Əsəd çıxışında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib.

Bloqer Aysel Mirzəyeva çıxışını işgüzar imicin və görünüşün yaradılması mövzusunda edib. Aysel Mirzəyeva qeyd edib ki, müsahibələrə və ya işgüzar görüşlərə getdikdə nə geyinilməsi haqda hər birimiz düşünmüşük. Qarderoba diqqətlə yanaşdıqda, geyimlər düzgün seçildikdə və əvvəlcədən geyimlərin imkanlarını düşündükdə, qarderob dolu olmadığı halda belə yeni görünüş ilə trenddə olmaq mümkündür.

Bloqer Nigar Kərimova çıxışında qeyd edib ki, rənglər düzgün seçilmədikdə ən gözəl qarderob belə görkəmsiz görünə bilər. Geyim rənglərinin düzgün uyğunlaşdırılması ilk dəfə olduğunuz yerdə qısa müddət ərzində düzgün təəssüratın, işgüzar əlaqələrin yaradılmasında, və gələcək işlərin gedişatında mühüm rol oynayır. İdeal qarderobun seçimi o qədər də çətin deyil. Rəqəmsal texnologiyalar əsrində internet resurslarının geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür.

Geyim istehsalı ilə məşğul olan “Tom Still” Azərbaycan brendinin nümayəndəsi Emiliya Sadıxova bildirib ki, fotosessiyalara hazırlaşdıqda, onlar düzgün görünüş modellərini yaratmağa çalışırlar və müştərilər bu geyim obrazlarından istifadə edə bilərlər.

Həmçinin, iştirakçıların və canlı yayımı izləyənlərin suallarını cavablandırılıb.

Tarix: / Foodinfo