“AS Aqro”nun istehsal etdiyi çiyələklər qida festivalında rəğbət qazanıb

İçərişəhərdə keçirilən “Baku Summer Food Festival”da təmsil olunan “AS Aqro” Hövsanda yetişdirdiyi və “Love Berry” brendi ilə tədim etdiyi çiyələkləri sərgiləyir. Daddırmada iştirak edən şəhər sakinləri və əcnəbilər şirkətin giləmeyvələrini çox bəyənir və böyük miqdarda satış həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, sərginin bu hissəsində həmçinin “ALKO Hall” şirkətinin təqdim etdiyi dünyaca məşhur spirtli içki brendləri təqdim olunur. Eyni çətir altında fəaliyyət göstərən barda çiyələkdən istifadə edilərək hazırlanan spirtli və spirtsiz kokteyillər istəyənlərə təklif olunur.

Qoşa Qala ərazidində keçirilən festivalda başqa şirkətlər də özlərinin xüsusi menyuları ilə iştirak edirlər. İyulun 1-dək hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcəkqida festivalı, qurmanlar üçün maraqlı proqramla təşkil olunub. Müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setlərinin müşaiyyəti ilə keçirilir.