İnsanın ayaq qoyduğu yerdə çörək daşınır (FOTO)

Azərbaycanda daha bir antisanitar şəraitdə daşınan “çörək” maşının mağazalara aparıldığı aşkar olunub.

Foodinfo.az xəbər verir ki, bu barədə jurnalist Nicat Nəsirli məlumat verib.

Jurnalist bu görüntüləri səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkdiyini bildirib:

“Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra əldəqayırma sexlər belə daşıyıb bizə yedirdirlər.Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyidir. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur. Mağazalarda çörəklərin yığıldığı rəflərə fikir verin, antisanitariya baş alıb gedir. Açıq şəkildə əldən-ələ keçərək evlərimizə yol tapan bu “zavod çörək”ləri bizi qidalandırmır, “öldürür”.
Amma bu işdə bizimdə günahımız var. Belə hallara qarşı ictimai etirazın, qınağın olması çox vacibdir. Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!”

Qeyd edək ki, Sumqayıtda analoji hadisə tez-tez baş verir.

Nicat Nəsirli adlı şəxsin şəkli.

Nicat Nəsirli adlı şəxsin şəkli.