Dövlət Taxıl Fondu AQTA ilə razılığa gəlib

“Keyfiyyətli çörək bişirmək üçün keyfiyyətli buğdaya ehtiyac var”.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Z. Məmmədovun sözlərinə görə, hər sahədən yığılan buğda keyfiyyətli buğda deyil.

“Qida Təhlükəsizliyi Agentliyi ilə apardığımız danışıqlar nəticəsində əldə etdiyimiz razılaşmaya əsasən buğdanın laboratoloji analizləri pulsuz aparılacaq”, – deyə idarə rəisi əlavə edib. (APA)