Xərçəng bişdiyi qazandan qaçdı (VİDEO)

Çind restoranların birində maraqlı hadisə yaşanıb.

Süfrəyə verilmək üçün bişirilən xərçəng qazandan qaçıb. Lentə alınan görüntüdə sol qısqacını xilas edə bilməyən dəniz canlısı onu qazanda qoyaraq qaçmağı üstün tutur. Qısa müddətdə sosial şəbəkələrdə paylaşılan həmin video izlənilmə rekordu qırıb.

Qeyd edək ki, Çin dünyada xərçəngkimilərin ən böyük istehsalçısıdır.  (Qafqazinfo)