“Bulvar Hotel”dən əsassız varlanmaya görə pul tələb etdi

“Bulvar Hotel” (“Baku Boulevard Hotel Company” MMC) “Karent” MMC-ni məhkəməyə verib. Foodinfo.az xəbər verir ki, “Bulvar Hotel” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əsassız varlanmaya görə pul tələbinə dair iddia qaldırıb.

“Karent” şirkəti isə “Bulvar Hotel”i məhkəməyə verib: MMC müqavilə üzrə yaranan borcun və zərərin tutulması tələbinə dair qarşılıqlı iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hər iki iddianı rədd edib.

“Bulvar Hotel” qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Bulvar Hotel” “Absheron hotel group”a daxil olan hotellərdən biridir. “Karent” şirkəti isə avtomobillərin icarəsi ilə məşğuldur.