Azərbaycanda banana təlabat artıb

Bu ilin birinci rübündə Azərbaycana 8,8 min ton banan idxal edilib. Ölkədə ən məşhur tropik meyvənin idxalı 23,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsi gömrük xidmətinə istinadən məlumat verir.

Bu il Ekvador (8771,7 ton), Kosta Rika (41,9 ton) və Çindən (1,4 ton) banan idxal edilib.

Bir kiloqram meyvə 0,72 dollara, 2017-ci ilin birinci rübündəkindən 5 sent ucuz bəyan edilib. Azərbaycana banan idxalı əsasən “Asadov Kapital Azerbaycan” şirkəti tərəfindən həyata keçirilir. 2017-ci ildə Azərbaycana 25.7 min ton banan idxal edilib.

Tarix: / Foodinfo