Veysəloğlu Şirkəti işçi axtarır

Veysəloğlu Şirkəti icarə və müqavilələr üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Foodinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İş təcrübəsi: 1 il iş təcrübəsi

Təhsil: Ali (Hüquq təhsili üstünlükdür)

İxtisas Bilikləri və Bacarıqlar:

Daşınan və daşınmaz əmlak üzrə biliklər üstünlükdür
Müqavilələr üzrə iş təcrübəsi üstünlükdür

Kompyuter Bilikləri: MS Excel

Vəzifə funksiyaları:

Ehtiyaclara uyğun Bakı və regionlarda lokal ofislərin, evlərin, anbarların, həmçinin elektrokarların axtarışı, qiymət danışıqları, müqavilələrin bağlanması və icarəyə götürülməsini həyata keçirmək;
İcarə müqavilələrinə müvafiq periodik ödənişlərin və digər razılaşdırılmış şərtlərin icra edilməsinə nəzarət etmək;
Şirkət balansında olan daşınmaz və ya daşınar vəsaitlərin vaxtaşırı sığorta və digər şirkət əhəmiyyətli məqsədlər üçün qiymətləndirilməsini həyata keçirmək və ya qiymətləndirmə xidmətini satın almaq;
Keçirilən tenderlərin və təkliflər sorğularının arxivləşməsini təmin etmək;
Tender qalibləri ilə müqavilələrin bağlanmasını təmin etmək;
Bağlanmış müqavilələri nəzarətdə saxlamaq, qüvvədə olma vaxtı bitmiş müqavilələrin yenilənməsini təmin etmək;

İş qrafiki: 5 günlük / 08:00-18:00

Yaş həddi: 25- 40

İş yeri: Bakı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İcarə və müqavilələr üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.