Sosiskanın içindən qurd çıxdı (VİDEO)

Azərbaycanda istehsal olunan sosiskadan qurd çıxıb.

Foodinfo.az xəbər verir ki, bu barədə alıcılardan biri sosial şəbəkədə məlumat paylaşıb.

Belə ki, Bakı sakini marketlərin birindən sosiska alıb. O, həmin sosiskanı açanda ətrafa xoşagəlməz qoxunun yayıldığını görüb.

“Sosiskadan qurdlar çıxır. Almayın, bu sosiskalar bərbad vəziyyətdədir”, deyə alıcı bildirib.