Məşhur restoran “İftar menyusu” ilə xidmət göstərir

“Özgür Şef Bakı” restoranı Ramazan ayı boyunca oruc ibadətini yerinə yetirənlər üçün xüsusi “İftar menyusu” ilə xidmət göstərəcək.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə həmin restoran məlumat yayıb.

İftar menyusu bir nəfər üçün 20 manat təşkil edir.

Qeyd edək ki, “Özgür Şef Bakı” paytaxtın ən məşhur restoranlarından biridir.

Tarix: / Foodinfo