Məşhur qida şirkəti 7 min dollarlıq cəriməni sildirdi (ÖZƏL)

Azərbaycanda fəaliyyət göstərən çərəz şirkəti cərimələnib. Foodinfo.az  xəbər verir ki, “Vuqma Qida Məhsulları” şirkətinin cərimələnməsinə səbəb valyuta tənzimi qaydalarının pozulması olub.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Binəqədi Rayon Məhkəməsinə müraciət edərək şirkətin 7066 ABŞ dolları məbləğində cərimələnməsini istəyib. Məhkəmə şirkətin cərimələnməsi barədə qərar qəbul edib. Bununla razılaşmayan şirkətin direktoru Türkeş Məhərrəmsoylu Bakı Apellyasiya Məhkəməsinə (BAM) müracət edərək qərarın ləğv edilməsini istəyib.

BAM şirkətin şikayətini təmin edib.

Qeyd edək ki, “Vuqma Qida Məhsulları” şirkəti (“Vugma Food Products”) “Çərəz Aləmi”, “Çam”, “Dolcenuts” markaları ilə məşhurdur.