AQTA ilk dəfə sərgidə təmsil olunur (FOTO)

Bu gün Bakıda “WorldFood Azerbaijan 2018” beynəlxalq sərgisi açılıb.

Foodinfo.az xəbər verir ki, 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” Sərgisinin Qida Təhlükəsizliyi Agentliyi stendində iştirakçılara gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi prosedurları haqqında geniş məlumatlar verilir, qida təhlükəsizliyi ilə bağlı maarifləndirici materiallar təqdim olunur.

Qeyd edək ki, mayın 18-nə kimi keçiriləcək sözügedən sərgidə iştirak edən 402 şirkətin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribüterlər təşkil edir. Həmçinin bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirakı təmin olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.