Qida Təhlükəsizliyi Agentliyi hərəkətə keçir

“İyulun 1-dən Azərbaycana idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məhsulların fitosanitar sertifikatlarla təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək.

Q.Təhməzli vurğulayıb ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək: “Agentlik isə həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək”. (Report)