İştah açan qidalar (FOTO)

İştahı tənzimləmək və çəkini nəzarətdə saxlamaq üçün yediyimiz qidaların tərkiblərini, qida dəyərlərini yaxşı bilmək lazımdır. Əks halda yeyilən qidalar əslində çox keçmədən yenidən aclıq hissi gətirir və iştahı artırır.

Gün içərisində lazımsız kalori almağa səbəb olan bu vəziyyət ideal çəkiyə çatmaq müddətini gecikdirir.

Duz- iştah açan qidaların başında gəlir. Duzlu bir qida yedikdən sonra şirniyyat yemə istəyi də buna bağlıdır.Xüsusilə pəhrizlərdə duz qəbulu nəzarət altında olmalıdır. Buna görə də duz qəbulunun 5 qramdan az olmasına diqqət etmək lazımdır. Həddindən artıq duz qəbulu eyni zamanda ürək xəstəlikləri, yüksək təzyiq kimi narahatlıqlara səbəb olur.

 Yer kökü-tərəvəzlər içərisində glisemik indeksi ən yüksək olanlardandır. Aclıq verici xüsusiyyəti olduğundan pəhrizlərdə çox məsləhət görülmür.

Darçın- qattığı aromalarla və qoxusu ilə çox sevilən bir qidadır.qan şəkərini tənzimləyir və yağ yandırıcı xüsusiyyətinə görə pəhrizlərdə çox istifadə olunur. Amma istifadəsi çoxaldıqda iştah verici təsiri vardır.

Banan- glisemik indeksi çox olan bir meyvə olduğundan pəhrizlərdə istifadəsi məsləhət görülmür.

Qırmızı acı bibər- yağ yandırıcı xüsusiyyəti ilə bilinsə də çox yeyildikdə iştahın artmasına və kökəlməyə səbəb olur.

Noxud- mədə təmizləyici xüsusiyyəti olsa da pəhrizlərdə çox yeyilməsi məsləhət görülmür.

Əncir -çəki artıran, şəkər dəyəri çox olan bir meyvədir.Pəhrizlərdə məsləhət görülmür. (Metbuat.az)

Image result for əncir



Image result for darçın

Image result for noxud