“Xurcun” mağazalar şəbəkəsi şirniyyat mağazasına satıcı axtarır. Foodinfo.az xəbər verir ki, 450 manat əmək haqqı təyin edilən iş aşağıdakı kimidir.
İşin təsviri:
– Şirniyyat mağazasında vitrinlərə nəzarət etmək və satıcı olaraq müştərilərə xidmət göstərmək
– Anbara nəzarət olunması və lazımi sifarişlərin anbara çatdırılması
– Satıcı eyni zamanda kassadan da məsul olacaqdır
– Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
– Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır
Tələblər:
– Satış sahəsi üzrə 1-3 il iş təcrübəsi
– Azərbaycan və Rus dili yaxşı səviyyədə, ingilis dilində ümumi anlayış
– Səliqəli və şəxsi təmizliyinə diqqət yetirən olmalıdır
– Ünsiyyətcil və gülərüz olmalıdır
– Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük verilir
İş qrafiki:
– Növbəli (12 saat)
Maraqlanan namizədlər mövzu yerində “Satıcı” yazmaqla öz CV-lərini hr@azmtrading.az ünvanına göndərə bilərlər.