Ölkədə qida istehsalı azalıb

Yanvar-mart aylarında Azərbaycanda sənaye məhsulunun 21,3 faizi emal sektorunda istehsal olunub. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 faiz, içkilərin istehsalı 3,1 faiz, qida məhsullarının istehsalı 7,2 faiz azalıb.