Bakıda daha bir “Araz” market açılır

“Araz” supermarketlər şəbəkəsi daha bir filialını açacaq.

Foodinfo.az xəbər verir ki, aprelin 17-də Bakının Əhmədli qəsəbəsində saat 11.00-da yeni filialın açılış mərasimi keçiriləcək.

Mərasimdə müştərilərə müxtəlif növ hədiyyə və endirimlər təklif ediləcək.

Qeyd edək ki, yeni açılacaq filial  Əhmədli qəsəbəsi, S.Ə.Şirvani küçəsi 84 (17 saylı orta məktəbin qarşısı) ünvanında yerləşir.

ARAZ Supermarketlər Şəbəkəsi adlı şəxsin şəkli.